RU

İrandakı hava dəyişikliklərinin Azərbaycana təsiri gözlənilmir

İranda baş verən hava dəyişikliklərinin Azərbaycana təsir ehtimalı çox aşağıdır. Bunu QHT-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, İranda bəzi ərazilərdə hava keyfiyyətində dəyişikliklər əsasən hərbi əməliyyatların getdiyi bölgələrdə baş verən partlayışlar və yanğınlarla əlaqədardır. Bu zaman istifadə olunan silahların tərkibindəki bəzi yandırıcı maddələrin yanması nəticəsində havaya müəyyən hissəciklər qalxa bilər.

Hərbi əməliyyatlar zamanı baş verən partlayışlar və yanğınlar nəticəsində yaranan tüstü və digər maddələr atmosferə qalxaraq müəyyən müddət sonra yenidən torpağa çökə bilər. Bu isə həmin ərazilərdə hava keyfiyyətinə müvəqqəti təsir göstərə bilər.

A.Məmmədov qeyd edib ki, sözügedən ərazilər İran–Azərbaycan dövlət sərhədindən təxminən min kilometrdən çox uzaqda yerləşir. Buna görə də bu proseslərin Azərbaycana təsir etməsi ehtimalı demək olar ki, yoxdur.

O əlavə edib ki, Azərbaycanda sərhədə yaxın bölgələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən hava keyfiyyəti ilə bağlı mütəmadi monitorinqlər aparılır. Hər hansı problem yaranacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Zəhra Ağayeva

Избранный
59
qht.az

1Источники