Yaxın Şərqdə müharibə səbəbindən Bosniya və Herseqovinada turistlərin sayı 20 %-ə qədər azala bilər.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Sarayevo Kantonu Turizm Təşkilatının sədri Haris Fazlaqiç bildirib.
O qeyd edib ki, Sarayevonu Körfəz ölkələri ilə birləşdirən bütün uçuşlar ləğv edilib və bu, turistlərin gəlişinə birbaşa təsir edir:
"Sarayevodan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər yerlərə birbaşa uçuşlar var idi. Bu uçuşların hamısı dayandırılıb. Nəticələri martın sonunda ümumiləşdirəcəyik".
Onun fikrincə, əgər yaxın zamanda bu hadisələr dayanmasa, onların gəlməməsi turizmə ciddi təsir göstərəcək.