RU

Macarıstan Parlamenti Ukraynanın Aİ-yə üzvlüyünə qarşı qətnamə qəbul ETDİ

Macarıstan Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlüyünə və Rusiya ilə silahlı münaqişənin maliyyələşdirilməsinə qarşı qətnamə qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, qətnamənin lehinə 142, əleyhinə 28, bitərəf isə 4 nəfər səs verib. Hakim Fidesz-Macarıstan Vətəndaş Alyansı fraksiyası tərəfindən irəli sürülən sənəd tövsiyə xarakteri daşıyır, lakin hökumət Avropa İttifaqı ilə məsləhətləşmələr zamanı parlament üzvlərinin fikirlərini nəzərə alacaq.

Qətnamədə bildirilir ki, Macarıstan Ukraynanın Aİ-yə tələsik qəbul edilməsinə qarşıdır, çünki ölkə müharibə vəziyyətindədir və üzvlüyü Avropa ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər. Parlament hökumətə Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlardan imtina etməyi tövsiyə edib.

Sənəddə həmçinin hökumət Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq sülhməramlı səyləri dəstəkləməyə və Kiyevə hərbi məqsədlər üçün istifadə edilə biləcək silah və vəsait göndərməkdən çəkinməyə çağırılır.

Parlament həmçinin Avropa İttifaqının “hərbi ittifaq”a çevrilməsinin qarşısını almağın vacibliyini vurğulayıb və Brüsselin vacib qərarlar qəbul edərkən konsensus prinsipindən imtina etməsinə və Aİ üzvlərini veto hüququndan məhrum etməsinə imkan verəcək hüquqi boşluqların və siyasi mexanizmlərin yaradılmasına icazə verilməməsini tələb edib.

Aminə ŞAHSUVARQIZI

Избранный
15
redaktor.az

1Источники