Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə danışıqlar aparmaq barədə düşünəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bunu "Fox News" verdiyi müsahibədə deyib.
"Bu, şərtlərdən asılı olaraq mümkündür. Sadəcə mümkündür. Diqqətlə düşünsək, artıq danışmağa ehtiyac yoxdur. Amma bu mümkündür", - deyə Ağ Ev lideri bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.