RU

Qazaxıstanda Türk Akademiyasının töhfəsi qeyd olunub

Astana, 10 mart, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Pakistan and the Turkic World” elmi əsərinin hazırlanması və nəşrinə görə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevə minnətdarlığını bildirərək, ona təşəkkür məktubu ünvanlayıb.

AZƏRTAC Akademiyaya istinadla xəbər verir ki, dövlət başçısı nəşrlə tanış olub, Türk dünyasının hərtərəfli öyrənilməsinin, dəyərlərinin təbliğinin vacibliyini qeyd edib.

Məktubda vurğulanır ki, Qazaxıstanın təşəbbüsü ilə açılan Türk Akademiyası türk xalqlarının birliyinin möhkəmləndirilməsinə, onların intellektual potensialının inkişafına mühüm töhfə verir. Prezident, həmçinin Ş.Mustafayevin rəhbərliyi ilə Akademiyanın səmərəli fəaliyyətini qeyd edib və Pakistan ilə türk dövlətləri arasında strateji əməkdaşlıq tarixinin öyrənilməsində qardaş ölkələrin alimlərinin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. O, Akademiyanın bundan sonra da Türk dünyasının birliyinin möhkəmlənməsinə fəal töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Akademiya “Pakistan and the Turkic World: Identity, Diplomacy, and Strategic Partnership” elmi layihəsini həyata keçirib. Ötən il türk ölkələri və Pakistandan olan ekspertlərin iştirakı ilə bu ölkə ilə Türk dünyası arasında tarixi, mədəni və diplomatik əlaqələrə, eləcə də strateji əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunmuş kollektiv monoqrafiya hazırlanıb.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
18
2
azertag.az

3Источники