RU

“Xamenei Trampın çağırışına qulaq asmalıdır” Heqset

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İranın yeni ali lideri Müctəba Xamenei ABŞ Prezidenti Donald Trampın nüvə silahı hazırlamamaq çağırışına qulaq asmalıdır”.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset brifinqdə deyib.

O, Xameneinin yaralanması ilə bağlı iddialara münasibət bildirməkdən imtina edib.

ABŞ-lı rəsmi bildirib ki, müharibənin nə qədər davam edəcəyinə yalnız Tramp qərar verə bilər. Onun sözlərinə görə, İranın hərbi imkanları azalıb, amma bu, onların daha raket ata bilməyəcəyi anlamına gəlmir, əksinə rəqəmlər Amerika zərbələrinin effektivliyini əks etdirir.

Qeyd olunub ki, raket zərbələrinin sayı azalmaqda davam edir — əməliyyatın əvvəlindəkindən 90 faiz azalma var, kamikaze dronlarının sayı isə 83 faiz azalıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
88
525.az

1Источники