RU

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tbilisi, 10 mart, AZƏRTAC

Gürcüstanın Apellyasiya Məhkəməsi keçmiş prezident Mixeil Saakaşvilinin və Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Teymuraz Canaşiyanın dövlət büdcəsinə 8 milyon 392 min 827 lari ödəməsi barədə Tbilisi Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarına əsasən, Mixeil Saakaşvili dövlət büdcəsinə əlavə olaraq 631 min 540 lari də ödəməlidir.

Qeyd edək ki, Mixeil Saakaşvili və Teymuraz Canaşiya Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə ittiham olunublar. Onlar vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz olaraq külli miqdarda pulu mənimsəməkdə təqsirli biliniblər. Qeyd edilən iş üzrə Mixeil Saakaşvili 8 il müddətinə azadlıqdan məhrum olunub, Teymuraz Canaşiya isə 300 min lari cərimələnib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники