RU

Hakan Fidan və Abbas Araqçi regional vəziyyəti müzakirə ediblər

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az bu barədə İran Xarici İşlər Nazirliyinə istinadla məlumat yayır. Nazirlikdən bildirilib ki, Araqçi İran ərazisindən Türkiyə istiqamətinə heç bir raket və ya mərmi atılmadığını deyib. O qeyd edib ki, "region ölkələri ilə dostluq münasibətlərini pozmağa yönəlmiş planlara qarşı ayıq-sayıq olmaq vacibdir". Telefon danışığı zamanı Hakan Fidan həmçinin Müctəba Xameneinin İranın ali dini lideri seçilməsi münasibətilə Araqçini təbrik edib və iki ölkə arasında “dərin və qardaşlıq münasibətlərinin” qorunmasının vacibliyini vurğulayıb. Nazirlik əlavə edib ki, iki ölkə prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, son iddiaların araşdırılması üçün yaxın zamanda birgə hərbi ekspert qrupunun yaradılması barədə qərar qəbul edilib.

M. Həsənli

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
azvision.az

1Источники