RU

Dəm qazı bölgələrdə can almaqda davam edirVİDEO

Yevlaxda 63 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Qanboy Quliyev küçəsində baş verib. Şəhər sakini Qaçay İsmayılov yaşadığı evin yataq otağında dəm qazından boğulub. Yaxınları onun otaqdan çıxmadığını gördükdə narahat olaraq qapını sındırıblar. Bu zaman 63 yaşlı kişinin yerə yıxıldığını görüblər.

Dünyasını dəyişən Qaçay İsmayılov həyat yoldaşı ilə birgə uzun illər Yevlax bazarında işləyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şəkidə də dəm qazı ölümə səbəb olub. Faciəvi hadisə rayonun Çələbixan qəsəbəsində baş verib. 47 yaşlı Kəmalə Quliyeva yaşadığı evin hamamında dəm qazından boğulub. 

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
46
xezerxeber.az

1Источники