RU

Xarici ölkə İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

Reyting.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen “X” hesabında bildirib.

O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsinə qərar verilib.

Xatırladaq ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.(APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
16
reyting.az

10Источники