RU

Qabonda qadınların seçkilərdə iştirakı təşviq olunur

Mərkəzi Afrikada yerləşən Qabon dövlətində fəaliyyət göstərən Women Go for Peace (WGP) qeyri-hökumət təşkilatı qadınların seçki proseslərində və qərarvermə strukturlarında iştirakını təşviq edir. Təşkilat vətəndaşlıq təhsili, təlimlər və maarifləndirmə tədbirləri vasitəsilə sülh və sosial həmrəyliyin gücləndirilməsinə çalışır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2023-cü il avqustun 30-da baş verən hadisələrdən və prezident Ali Bongo Ondimbanın devrilməsindən sonra Qabon iki illik keçid dövrünə daxil olub. Bu müddətdə konstitusion nizamın bərpası üçün addımlar atılıb və 2024-cü ilin noyabrında referendumla yeni Konstitusiya qəbul edilib.

Seçki prosesində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı nəticəsində ölkədə ilk milli müşahidəçi qrupları yaradılıb. International IDEAnın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində seçki dövründə zorakılıq hallarını izləyən monitorinq qrupları formalaşdırılıb. Bu fəaliyyətə Women Go for Peace və REDHAC da cəlb olunub.

Təşkilat rəhbəri Hermina Akazong Sabinka bildirib ki, qadınların siyasi və ictimai proseslərdə təhlükəsiz və fəal iştirakı demokratiyanın inkişafı üçün vacibdir. Onun sözlərinə görə, seçki dövründə qadınlara qarşı təzyiq və təhdid halları hələ də qalmaqdadır və bunun qarşısının alınması üçün hüquqi mexanizmlərin gücləndirilməsinə ehtiyac var.

Fatimə Nəbiyeva

Избранный
65
qht.az

1Источники