RU

Azərbaycanın iki rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində elektrik təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

"Martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
91
19
oxu.az

10Источники