RU

İsrail ordusu Tehranda zərbələrə başlayıb

Bakı. Trend:

İsrail ordusu Tehranda hökumət hədəflərinə yeni zərbələrendirməyə başlayıb.

Trend xəbər verirki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunub: “İsrail Müdafiə Qüvvələri (İDF)Tehrandakı İran rejiminin hədəflərinə qarşı zərbələr dalğasıbaşlayıb”.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın stratejiəhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmişkoordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxilolmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbibazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakıobyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları iləzərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisigeneral-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı KeşikçilərKorpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Избранный
80
1
az.trend.az

2Источники