RU

İsveçrənin Kerzers şəhərində avtobus yanğınında altı nəfər ölüb

Associated Press agentliyinin yerli polisə istinadən verdiyi məlumata görə, İsveçrənin qərbindəki Kerzers şəhərində baş verən avtobus yanğınında ən azı altı nəfər ölüb, daha üç nəfər xəstəxanaya yerləşdirilib.

Polis sözçüsü Frederik Paponun sözlərinə görə, yanğın çərşənbə axşamı axşam baş verib. O, "qəsdən törədilmiş hərəkət" ehtimalının nəzərdən keçirildiyini, lakin son nəticələr istintaq başa çatdıqdan sonra veriləcəyini qeyd edib.

Yanan avtobus milli poçt xidmətinin bir hissəsi olan PostBus şirkətinə məxsus idi. İsveçrə mediası nəqliyyat vasitəsinin tamamilə alov içində olduğunu göstərən görüntülər yayımlayıb.

Regional hökumətin açıqlamasında deyilir: "Hadisə yerinə gələn xilasetmə xidmətləri avtobusun tamamilə alov içində olduğunu aşkar ediblər".

Polisin məlumatına görə, ağır yaralanan üç nəfər helikopter və təcili yardım maşını ilə xəstəxanalara çatdırılıb. Daha iki zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib.

Əziz MUSTAFA

Избранный
112
oxumeni.az

1Источники