RU

Müctəba Xamenei yaralansa da, İran lideri vəzifəsini icra edir... “Jerusalem post“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Müctəba Xamenei yaralanıb, amma hələ də İran lideri vəzifəsini icra edir. Rejimin tənqidçiləri deyirlər ki, ictimaiyyət qarşısına çıxmama İran hökumətinə əslində kimin rəhbərlik etdiyi ilə bağlı suallar doğurur.

Moderator.az xəbər verir ki, məsələ ilə tanış olan mənbə "The Jerusalem Post" qəzetinə bildirib ki, qiymətləndirmələrə görə, Müctəba Xamenei müharibə zamanı yaralansa da, İranın yeni ali lideri kimi öz vəzifələrini yerinə yetirməyə və dövlət işlərini idarə etməyə qadirdir. 

Qeyd edilir ki, İran dövlət televiziyası bazar ertəsi günü Müctəbanın yaralandığını bildirib, lakin yayımda xəsarətin təfərrüatları və ya ağırlığı barədə ətraflı məlumat verilməyib. Məlumatda həmçinin xəsarətin nə vaxt baş verdiyi və ya onun gündəlik vəzifələrinə təsir edib-etmədiyi göstərilməyib.

İran rəsmilərinin və dövlət mediasının əvvəlki vədlərinə baxmayaraq, yeni təyin olunmuş ali liderin hələlik heç bir fotosu və ya videosu yayımlanmayıb ki, bu da müşahidəçilər və müxalifət qrupları arasında fərziyyələri artırıb.

Moderator.az xatırladır ki, İranın dövlət mediası yeni ali dini lider olaraq Müctəba Xameneinin təyin edilməsinə həsr olunan yayımlarda onun üçün “cənbaz” termini istifadə edib.  Konkret.az-ın yazdığına görə, bu söz fars dilində “canını riskə atan” mənasını verir və düşmən tərəfindən yaralanmış veteranlar üçün işlədilir. Bir sıra aparıcılar bunu İranın “Ramazan Müharibəsi” adlandırdığı hazırkı qarşıdurma ilə birbaşa əlaqələndiriblər. Bu isə müxtəlif şayiələrin yayılmasına səbəb olub — iddialara görə, Müctəba Xamenei 28 fevral tarixində baş verən və atasının və həyat yoldaşının həlak olduğu İsrail hava hücumları zamanı yaralanıb.

Bundan sonra bəzi analitiklər yayım zamanı məlumatı yumşaldaraq bildiriblər ki, söhbət 1980-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı əldə edilmiş yaralanmalardan gedir, çünki Müctəba Xamenei həmin dövrdə aktiv iştirak edib. Beləliklə, dövlət mediasının yayımları həm real, həm də spekulyativ məlumatların qarışmasına səbəb olub və yeni liderin statusu ətrafında spekulyasiyaları artırıb.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
moderator.az

1Источники