RU

Çinin BYD şirkəti “Formula 1”ə qoşulmağı nəzərdən keçirir

Bakı. Trend:

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Çinin“BYD” şirkəti “Formula 1” yarışlarında iştirak imkanını nəzərdənkeçirir.

Trend xəbər verirki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Formula 1”də iştirak Çin avtomobilistehsalçılarının qlobal səviyyədə cəlbediciliyini artırmağınmümkün yollarından biri kimi qiymətləndirilir. Şirkət yeni yarışkomandası yaratmağı və ya mövcud komandalardan birini satın almağıdüşünür.

“Bloomberg” qeyd edir ki, ümumilikdə Çin avtomobilistehsalçıları motorsport yarışlarına nadir hallarda maraqgöstərirlər.

Mənbələrin məlumatına görə, yüksək xərclər “BYD” üçün əsasmaneələrdən biri ola bilər. Belə ki, yarış avtomobilininhazırlanması və mövsüm ərzində iştirak xərcləri 500 milyon dollaraqədər çata bilər və yarışın təşkilatçıları ilə danışıqlar da uzunmüddət davam edir.

Избранный
72
2
az.trend.az

5Источники