Səudiyyə Ərəbistanı bu gün səhər saatlarında İranın atdığı yeddi ballistik raketi zərərsizləşdirib. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər yayıb. Məlumatda qeyd olunur ki, İran Ər-Riyad yaxınlığındakı Amerika qoşunlarının yerləşdiyi “Şahzadə Sultan” hava bazası da hədəf alıb. Mənbə ölkənin şərqini hədəf alan bir raketin və “Şahzadə Sultan” bazasına atılan altı ballistik raketin ələ keçirilib, məhv edildiyini bildirib.
Nazirlik əlavə edib ki, “Şahzadə Sultan” bazasının yerləşdiyi Əl-Xərc ərazisində beş, Küveyt sərhədi yaxınlığındakı Hafar Əl-Batin ərazisində isə iki dron zərərsizləşdirilib.
Aydın Baxış