RU

Kim Çen In esminesdən buraxılan qanadlı raketlərin sınağını izləyib

Şimali Koreya ordusu "Çve Hyon" esminesi vasitəsilə strateji qanadlı raketlərin növbəti sınaq buraxılışını həyata keçirib.

AFN.az KCNA agentliyinə istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In raketlərin buraxılış prosesini videobağlantı vasitəsilə canlı izləyib.

Sınaq zamanı raketlər Sarı dəniz üzərində müəyyən edilmiş trayektoriya ilə 10 116 – 10 138 saniyə (təxminən 2 saat 48 dəqiqə) uçaraq dənizdəki hədəfləri dəqiqliklə vurublar. Kim Çen In esminesin inteqrasiya olunmuş döyüş sisteminin və strateji silahların idarəetmə mexanizminin effektivliyindən razı qaldığını bildirib.

O, həmçinin göstəriş verib ki, gələcəkdə inşa ediləcək 5 min və 8 min tonluq döyüş gəmilərində klassik artilleriya qurğuları əvəzinə daha müasir səsüstü (supersəs) raket sistemləri quraşdırılsın. Şimali Koreya lideri vurğulayıb ki, ölkənin nüvə qüvvələri artıq çoxşaxəli istifadə mərhələsinə keçib və bu cür sınaqlar dövlətin özünümüdafiə qabiliyyətinin ayrılmaz hissəsidir.

O, "Çve Hyon" esminesinin sınaq müddəti bitdikdən sonra dərhal Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilməsini və növbəti döyüş gəmisinin tikintisinin sürətləndirilməsini tapşırıb. Ekspertlər hesab edirlər ki, bu addımlar Pxenyanın regiondakı dəniz balansını öz xeyrinə dəyişmək cəhdidir.



Избранный
81
1
azia.az

2Источники