RU

İsrail prezidenti: Yaxın Şərqin bütün konfiqurasiyasını dəyişdiririk

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İsrail ABŞ-ni İrana qarşı hərbi əməliyyatlar aparmağa məcbur etməyib".

Oxu.Az xəbər verir ki, bunu İsrailin Prezidenti İsxak Hersoq "Bild" qəzetinə müsahibəsində deyib.

"Bu, Donald Trampın qərarıdır. Onun harasa getməsi üçün İsrailə ehtiyacı yoxdur", - deyə prezident bəyan edib.

İsrail prezidenti İrana qarşı hərbi əməliyyatların mümkün son tarixini proqnozlaşdırmaqdan imtina edib:

"İnanıram ki, hər şeyi yalnız sürətölçənlə ölçsək, çox uzağa gedə bilməyəcəyik. Dərin bir nəfəs almalı və son nəticəyə diqqət yetirməliyik", - deyə Hersoq qeyd edib.

O, həmçinin Qəzza zolağındakı münaqişəni ABŞ-İsrail hərbi əməliyyatı ilə əlaqələndirib. Bildirib ki, bu, bir-biri ilə əlaqəli müharibədir.

"Müharibə oktyabrın 7-də (2023) başlayıb və mənim fikrimcə, indi bəlkə də onun son fəslinə yaxınlaşırıq, Yaxın Şərqin bütün konfiqurasiyasını dəyişdiririk", - deyə İsrail prezidenti yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, Ağ Ev İrana qarşı hərbi əməliyyata başlamaq qərarının İsraillə heç bir əlaqəsi yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
oxu.az

1Источники