RU

ABŞ-li basketbolçudan tarixi göstərici

“Mayami Hit”in basketbolçusu Bam Adebayo “Vaşinqton Uizards”la oyunda tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, omandasının 150:129 hesablı qələbəsinə 83 xalla töhfə verən 28 yaşlı oyunçu NBA tarixində bir matçda ən çox xal toplayan ikinci basketbolçu olub.

Adebayo 43 atışdan 20-ni dəqiq yerinə yetirib. O, sərbəst atış xəttindən də 43 cəhddən 36 xal qazanıb, həmçinin 7 üçxallıq atışla yadda qalıb. İkiqat Olimpiya çempionu matçı 83 xal, 9 ribaund, 3 assist, 2 top ələ keçirmə və 2 blokla başa vurub. Bununla da o, əvvəlki 41 xallıq şəxsi rekordunu xeyli yaxşılaşdırıb.

Buna qədər NBA tarixində bir oyunda qeydə alınmış ikinci ən yüksək xal göstəricisi Kobe Brayanta məxsus idi. Mərhum basketbol əfsanəsi 2006-cı ildə “Los-Anceles Leykers”in heyətində “Toronto Reptors”a qarşı matçda aktivinə 81 xal yazdırmışdı.

NBA-də bir oyunda ən çox xal rekordu isə 1962-ci ildə 100 xal toplayan Uilt Çemberleynə məxsusdur.

Adebayo həmçinin sərbəst atış cəhdi (43) və sərbəst atışdan qazanılan xal (36) göstəricilərində də NBA rekordlarını yeniləyib. Buna qədər liqa tarixində bir oyunda ən çox sərbəst atış cəhdi edən basketbolçu Duayt Hovard idi. O, iki ayrı-ayrı matçda 39 cərimə atışı yerinə yetirmişdi. Sərbəst atışdan ən çox xal rekordu isə daha əvvəl Uilt Çemberleyn və Adrian Dentliyə məxsus idi. Hər iki basketbolçu bir oyunda bu komponent üzrə 28 xal toplamışdı.

Türkiyə Serbiyanı məğlub etdi

“Neftçi” baş məşqçi ilə yollarını ayırdı

Millimizin heyəti bəlli oldu

Millimizin heyəti bəlli olub

“Gəncə” ölkə kubokunun qalibi oldu

Избранный
97
1
apasport.az

2Источники