RU

Ötən gün 67 cinayətin üstü açılıb

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, martın 10-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 15 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

 

Избранный
36
15
xalqqazeti.az

10Источники