Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanİstehlak Mallarının Ekspertizası Mərkəzində (İMEM) “Qiymətlimetallar və qiymətli daşlar” standartlaşdırma üzrə TexnikiKomitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib.
Trend bubarədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, iclas zamanı AZSTAND TK/36-nın 2025-ci il üzrəfəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafındamüzakirələr aparılıb. Bundan əlavə, sözügedən Texniki Komitənintərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb,yeni üzv və məsul katib seçilib.
Daha sonra Komitə üzvləri tərəfindən cari ilin FəaliyyətPlanının əsas istiqamətləri və nəzərdə tutulan tədbirlərin icravəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Sonda EN 12472 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkaredilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyasıüsulu” dövlət standartının qəbul olunması məsələsi ilə bağlı qərarverilib.
Qeyd edək ki, “Qiymətli metallar və qiymətli daşlar”standartlaşdırma üzrə Texniki Komitə Azərbaycan Standartlaşdırmaİnstitutu (AZSTAND) tərəfindən qiymətli metallar və qiymətli daşlarsahəsi üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarasıstandartların hazırlanması və maraqlı tərəflərin iştirakını təminetmək məqsədilə təsis edilib.