İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır.
APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.
Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneinin xəsarət alması ilə bağlı xəbəri eşidib.
O qeyd edib ki, Müctəba Xamenei salamatdır və səhhətində problem yoxdur.
Qeyd edək ki, bundan əvvəl beynəlxalq mətbuatda Ayətullah Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb.