RU

İran müharibəsi Rusiyanın xeyrinə işləyir: Sanksiyalar yumşaldıla bilər

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranla müharibənin uzanması Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasına səbəb ola bilər. Lakin bu addım müvəqqəti xarakter daşıyacaq.

Bunu Bakupost.az-a açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Yaxın Şərqdə müharibənin uzanacağı halda Rusiyaya qarşı Qərb sanksiyalarının yumşaldılıb-yumşaldılmayacağı məsələsini şərh edərkən deyib.

Ekspert bildirib ki, İran–İsrail və ABŞ arasında müharibənin başlaması müəyyən mənada Rusiyanın maraqlarına uyğun vəziyyət yaradıb:

“Yaranmış şəraitdə Rusiya sanksiyaların yumşaldılacağına böyük ümid bəsləyir. Hesab edirəm ki, İranla müharibə dərinləşərək uzansa, enerji təchizatında yaranan problemlərlə bağlı bəzi istisnalar tətbiq edilə və Rusiyaya qarşı sanksiyalar müəyyən qədər yumşaldıla bilər. Çünki mövcud vəziyyətdə Rusiya problemin açar ölkələrindən biri kimi çıxış edir”.

Həmsöhbətimiz qeyd edib ki, bu məsələdə ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında müəyyən fikir ayrılığı mövcuddur:

“Donald Tramp sanksiyaların, heç olmasa müvəqqəti də olsa yumşaldılmasında maraqlıdır. Onun məqsədi enerji daşıyıcılarının qiymətlərində mümkün kəskin artımın qarşısını almaqdır. Aİ isə 2027-ci ilə qədər Rusiyadan enerji asılılığını tam dayandırmağı planlaşdırır. Lakin müharibə uzanarsa, Avropa özü də yenidən Rusiyanın enerji resurslarına ehtiyac duya bilər”.

Ekspert əlavə edib ki, Rusiyaya qarşı yumşaldılacaq mümkün sanksiyalar yalnız müvəqqəti olacaq:

“Müharibə bitdikdən sonra isə Moskvaya münasibətdə sanksiyaların yenidən sərtləşdirilməsi ehtimalı daha yüksəkdir”.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibə qlobal enerji bazarında ciddi gərginlik yaradıb. Bu fonda neft və qazın qiymətləri kəskin bahalaşıb. Belə vəziyyət enerji daşıyıcılarından asılı olan ölkələr – xüsusən Avropa və Çin üçün əlavə risklər yaradır. Məhz bu səbəbdən bəzi dairələrdə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması ehtimalı müzakirə olunmağa başlayıb.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
50
www.bakupost.az

10Источники