Gecə və bu səhər Beyrutun cənub ərazilərində İsrail hava zərbələrinin dalğası Hizbullahın komanda mərkəzlərini və silah anbarlarını hədəf alıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, dünən də Livanın sahil şəhəri Surda Hizbullahın bir komanda mərkəzinə zərbə endirilib.
Zərbələrdən əvvəl, IDF yaxın ərazilərdə yaşayan Livan vətəndaşlarına təxliyə haqda xəbərdarlıq edib.
"Cebheinfo.az"