RU

Növbəti köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb - Yenilənib 

Növbəti köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb..

Poliqon xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb.

Poliqon xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalı rayonunun Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Poliqon.info

Избранный
44
10
poliqon.info

10Источники