RU

Ukrayna ordusu kimya zavoduna zərbə endirib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna müdafiə qüvvələri Rusiyanın Samara vilayətindəki Tolyatti şəhərindəki böyük kimya zavoduna zərbə endirib. Hücumdan sonra zavodda yanğın baş verib. Söhbət Rusiyanın aparıcı kimya istehsalçılarından biri olan Kuybışev Azot zavodundan gedir.

Reyting.az xəbər verir ki, “Exilenova+” Telegram kanalına görə, yanğın zavodun müəssisələrindən birində qeydə alınıb. Hadisə yerindən görüntülər internetdə yayılıb.

Şahidlər yanğının zavodun 11-ci sexində baş verdiyini iddia edirlər, lakin bu məlumatın rəsmi təsdiqi hələlik yoxdur.

Qeyd edilir ki, Kuybışev Azot zavodu Rusiyanın ən böyük kimyəvi məhsul istehsalçılarından biridir.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
73
reyting.az

1Источники