RU

Bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağstafa Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə evlərin təmiri üçün tikinti materiallarının alınması ilə bağlı müsabiqə elan edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə çərçivəsində ağır vəziyyətdə olan evlərin təmir edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması planlaşdırılır.

Satınalma çərçivəsində sement, taxta materialları, metal dam örtüyü, mismar və qum kimi tikinti materiallarının alınması planlaşdırılır.

Bu materiallardan aztəminatlı ailələrin evlərinin dam örtüyünün yenilənməsi, döşəmə və digər tikinti işlərinin aparılmasında istifadə ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
93
2
baku.ws

3Источники