Aktual.az xəbər verir ki, bu barədə "Forbes” məlumat yayıb.
Məlumata görə, ötən il Tramp dünyanın ən varlı 3400 milyarderi arasında 700-cü yerdə idi, lakin indi o, 645-ci yerə yüksəlib:
"Amerika liderinin sərvətinin artması əsasən kriptovalyuta sənayesindəki fəaliyyətləri, o cümlədən bir vaxtlar tam sahib olduğu "World Liberty Financial” holdinq şirkətində token və səhmlərin satışı, eləcə də qalan payından əldə etdiyi gəlirlə bağlıdır”.