RU

Bu gecə üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi təqvimə əsasən, üçüncü gecə 12 mart, sonuncu Əhya gecəsi isə 16 mart tarixinə düşür. Belə ki, bu gün 11-dən 12-nə keçən gecə sahura qədər Qədr gecəsi hesab edilir. 

Qeyd edək ki, ilk Qədr gecəsi martın 7-dən 8-nə keçən gecə, ikinci isə 9-dan 10-na keçən gecə olub. Növbəti Qədr gecəsi 15-dən 16-na keçən gecədir.

Bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla, 20 marta təsadüf edəcək.

Избранный
6
7
musavat.com

10Источники