RU

Ramazanda edilən ibadətlər insanın xarekterini dəyişə bilir?

Ramazan ayı müsəlmanlar üçün mənəvi saflaşma dövrü hesab olunur. 

Bu ayda oruc tutmaq, Quran oxumaq, tövbə etmək və xeyirxah əməllərə üstünlük vermək insanın daxili dünyasına təsir edir. 

Görəsən, bu ibadətlərin insan xarakterinin formalaşmasında rolu nə qədər əhəmiyyətlidir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, ibadətlər insan xarakterini dəyişmir:

"Çünki xarakter yaradılışdan irsi, bioloji olaraq insanda mövcud olan xüsusiyyətdir. Sadəcə oruc kimi ibadətlər vasitəsilə mənfi xarakterdən doğan xasiyyətləri dəyişmək olur. İbadətlərdə əsas məqsəd nəfsə qalib gəlmək, dünyəvi istəkləri məhdudlaşdırıb axrirətə daha çox bağlanmaq və bunun üçün də ictimai fayda verməkdir. Lakin həddi buluğa çatmadan insana din əxlaqı, ibadətlər təlim olunsa xarakterinin formalaşmasında müsbət təsir qoya bilər".

394144

Mütəxəssis vurğulayıb ki, müəyyən yaş dövrü keçən adamlarda isə ibadətlərin onların xarakterini dəyişdiyini müşahidə etmək çox çətindir:

"Bu mənada Quranda din və dini əmrlər məhz insani keyfiyyətləri özündə daşıyan şəxslərə vacib buyurulur. Xarakteri mənfi adamlar bir növ naqis sayılır. Fitrəti naqisliklə dolu olanlar ibadət etsə də insani keyfiyyətlərə nail ola bilmirlər. Məsələn, namaz qılırlar, amma namaz onların pis xüsusiyyətlərini dəyişmir. Bu ibadəti ancaq reklam və dünya işlərində istifadə üçün icra edirlər. Oruc tutsalar da dəyişmirlər, əvvəlki vərdişlərini davam etdirirlər. Ramazan ayı əslində digər 11 ayın imtahanıdır".

Tural İrfan qeyd edib ki, insan bütün aylarda yaşadıqlarının hesabını bu ayda Allaha verir:

"Oruc tutur, dua edir, xeyirxahlığı artırır. Əgər bunu səmimi olaraq icra edə bilsə onun xarakterini ancaq Allah dəyişə bilər. Nə qədər oruc tutan adam götürük ki, fitnə salır, qeybət edir, ata vurur, şər atır, söyüş söyür, şeytani əməllərdən qalmır. Peyğəmbərdən sual edəndə ki, ibadətlərimizin qəbul olub olmadığını necə bilək, o Həzrət cavab vermişdi ki, əgər o ibadətlər sizi pis əməllərdən çəkindirirsə demək qəbuldur, yox çəkindirmirsə qəbul deyil. Yəni, hər şeydən əvvəl insan səmimi olmalı və nəfsinə qalib gəlməlidir. Əgər adam hələ insan ola bilməyibsə ibadətlər onu dəyişə bilməz”.

Günel Cəlilova

Избранный
17
hit.az

1Источники