RU

İsrail İrana qarşı zərbələri ARTIRIR - ABŞ müharibədən çəkilə bilər

İsrailin hərbi-siyasi rəhbərliyi İrana qarşı zərbələri gücləndirməyi planlaşdırır. Buna səbəb kimi isə yaxın vaxtlarda ABŞ-nin hərbi əməliyyatı dayandıra və hansısa bəhanə ilə qələbə elan edə biləcəyi ilə bağlı narahatlıqlar göstərilir.

Musavat.com xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbələrə istinadən "Al-Monitor" portalı məlumat yayıb.

Məlumata görə, Benyamin Netanyahu rəhbərliyindəki İsrail hökuməti hesab edir ki, yəhudi dövləti İranda hakimiyyət dəyişikliyinə nail olmaq kimi maksimal məqsədə çata bilər.

Bununla belə, mənbələrin bildirdiyinə görə, ölkə rəhbərliyində əməliyyatın gələcək taleyi ilə bağlı fikir ayrılığı mövcuddur. Netanyahu və kəşfiyyat orqanları İran İslam Respublikasında dövlət quruluşunun dəyişdirilməsi istiqamətində israr etsələr də, İsrail Müdafiə Qüvvələri (IDF) maksimum fürsət proqramına şübhə ilə yanaşır.

Buna baxmayaraq, İsrail ordusu ABŞ hərbi əməliyyatı dayandırana qədər İrana mümkün qədər böyük zərər vurmağı qarşısına məqsəd qoyub.

“Qarşıda hələ çox sayda tapşırıq və hədəf var. Hücumların davam etdiyi hər əlavə gün bizim üçün hədiyyədir”, - deyə İsrail ordusunun rəhbərliyindəki mənbə "Al-Monitor" portalına bildirib.

Söhbət ilk növbədə İranın nüvə proqramı ilə bağlı obyektlərdən, ballistik raket və pilotsuz uçuş aparatlarının istehsal müəssisələrindən, eləcə də inzibati binalardan gedir.

İrana qarşı maksimalist mövqeni dəstəkləyənlər hesab edir ki, ABŞ hərbi əməliyyatın aktiv mərhələsini dayandırsa belə, İranda hakimiyyət dəyişikliyinə nail olmaq mümkündür. Onların fikrincə, buna İslam Respublikasına qarşı sanksiya təzyiqinin daha da sərtləşdirilməsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığında daimi hərbi mövcudluğunun saxlanılması ilə nail olmaq olar.

Musavat.com

Избранный
5
musavat.com

1Источники