RU

Sumqayıtda bu binanın sakinləri iki eyvan tikən vətəndaşdan şikayətçidir – Bəs rəsmi qurum nə deyir?

Redaksiyamıza Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı binanın sakinləri tərəfindən şikayət daxil olub.

KONKRET.az-a müraciət edən sakinlər bildiriblər ki, binanın II bloku, 11-ci mənzilində yaşayan Aydın Əliyev həm ön, həm də arxa tərəfə qanunsuz eyvan tikib.

Sakinlərin sözlərinə görə, ön tərəfdən tikilmiş eyvanın altında beton daş hərəkət edir və bu, kiçik uşaqların və digər sakinlərin təhlükəsizliyi üçün ciddi risk yaradıb.

Onlar həmçinin qeyd edirlər ki, 9-cu mənzildə sağlamlıq imkanları məhdud uşaq yaşayır və əlavə eyvan onların günəş işığından istifadəsini əngəlləyib.

Arxa tərəfdəki eyvan isə 13-cü mənzilin hüdudlarını keçərək pəncərəyə qədər yüksəldilib. Sakinlər binanın zəlzələyə dayanıqlığının şübhə altında olduğunu və əlavə eyvanın bu riski daha da artırdığını dilə gətiriblər.

Məsələ ilə bağlı A. Əliyevə edilən xəbərdarlıq nəticə verməyib. Onun cavabı belə olub: “hər kəsin haqqın verib eyvan artırmışam, yaxşı edirəm, bacarırsınız siz də edin!”

Binanın II blokunun, I və II mərtəbələrinin 9,13-cü mənzillərində yaşayan, sakinlər aidiyyəti qurumlardan qanunsuz eyvanın sökülməsi üçün müdaxilə etmələrini xahiş ediblər. Şikayətçilər arasında Əhmədova Elmira İbrahim qızı və Qocayeva Sara Rafid qızı yer alıb.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib:

“Tikili illər öncə edilib. Aidiyyəti qurumlara məlumat veriləcək və məsələ ilə bağlı yerində baxış keçiriləcək”.

Dəniz Pənahova
KONKRET.az

Избранный
104
1
konkret.az

2Источники