RU

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir PutinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan PrezidentininMətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Rusiya vətəndaşlarının İran İslamRespublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçininölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycanərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizinbaşçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbiəməliyyatların tezliklə dayandırılmasının və münaqişəninsiyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərinimüzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinəuyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətinmüxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyəttəsdiqlənib.

Избранный
46
48
az.trend.az

10Источники