RU

Soyuq əllər bədənin gizli mesajı imiş

Bəzi insanların əllərinin daim soyuq olması təkcə hava şəraiti ilə bağlı deyil və çoxlarının düşündüyü kimi, sadəcə qan dövranı problemi də sayılmır.Metbuat.az-ın məlumatına görə, bu hal psixologiyada bədənin həddindən artıq gərgin vəziyyətdə olması ilə əlaqəlidir. Yəni insan uzun müddət fərqinə varmadan stress altında qaldıqda belə bir vəziyyət yaranır. Emosional olaraq yorulan, daim düşünən və ya davamlı gərginlik yaşayan insanlarda sinir sistemi sanki daimi “həyəcan siqnalı” vəziyyətində qalır. Belə hallarda bədən səssiz şəkildə “yaşamaq rejiminə” keçir və ən vacib orqanları qorumağa fokuslanır. Bu zaman qan dövranı və istilik əsasən beyin, ürək və daxili orqanlara yönləndirilir. Nəticədə isə əllər, bəzən də ayaqlar adi haldan daha soyuq olur. Bu reaksiya daha çox dərin düşünən, hisslərini içinə atan və ya zahirdə sakit görünməyə çalışsa da, daxilində böyük psixoloji problemlər yaşayan insanlarda müşahidə olunur. Soyuq əllər xüsusilə stress anlarında, intensiv düşünmə zamanı, emosional narahatlıq yaşandıqda və ya insan daxilən sıxıntı keçirdiyi halda güclü görünməyə çalışarkən ortaya çıxa bilər. Zaman keçdikcə bu vəziyyət bədənin verdiyi bir siqnala da çevrilə bilər. Mütəxəssislərin fikrincə, bunu bədənin səssiz mesajı kimi də qiymətləndirmək olar: “Dözürəm, amma təzyiq altındayam”. Bu hal zəiflik əlaməti deyil. Əksinə, sinir sisteminin insanı qorumaq üçün verdiyi təbii reaksiyalardan biridir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
91
metbuat.az

1Источники