RU

“Sabah” və “Qarabağ”ın məşqçilərinə sərt cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 22-23-cü turları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

22-ci turun “Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun cəza alıb, “Sabah” 15000 manat cərimə edilib. “Qarabağ” – “Sabah” oyununda “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” 6000 manat cərimə edilib. “Qarabağ”ın məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” 6000 manat cərimə edilib.

23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” 15000 manat cərimə edilib. Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimə edilib.

Избранный
28
6
msport.az

7Источники