RU

ABŞ İran əməliyyatı üçün Rumıniya bazasından istifadə edəcək?

Rumıniya Prezidenti Nikos Dan Ali Milli Müdafiə Şurasının iclasını çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Romania Insider" saytı məlumat yayıb.

Məlumata görə, martın 11-də keçirilən iclasda İrana qarşı əməliyyatlar üçün ABŞ təyyarələrinin Rumıniya hərbi bazalarına daxil olmasına icazə verilməsi məsələsi müzakirə olunub.

Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət və onun Rumıniya üçün mümkün nəticələri, eləcə də ölkədə hərbi qüvvələrin müvəqqəti yerləşdirilməsi ehtimalı nəzərdən keçirilib.

Bildirilir ki, ABŞ strateji əhəmiyyətli NATO obyekti hesab olunan Mixail Koqalniceanu Hava Bazasına qoşun və qırıcı təyyarələrin yerləşdirilməsini istəyib. Hava bazası Konstansa yaxınlığında yerləşir və əvvəllər hərbi əməliyyatlarda istifadə olunub.

"Reuters" agentliyi isə bildirib ki, ABŞ ötən il sərhədlərinə və Hind-Sakit okean bölgəsinə diqqəti artırdığı üçün bazadan təxminən 1000 əsgərini çıxarıb. Bununla belə, Rumıniyada hələ də 1000-ə yaxın Amerika hərbçisi qalır.

Aminə ŞAHSUVARQIZI

Избранный
79
50
redaktor.az

10Источники