RU

Tehrana növbəti dəfə aviazərbələr endirilib

İranda paytaxtın bəzi rayonlarına aviazərbələr endirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Al Jazeera" İran KİV-nə istinadən məlumat yayıb.

Tehranın qərb və şərqindəki bəzi rayonlarda bombardmanlar, həmçinin paytaxt üzərindən uçan reaktiv təyyarələrin səsləri barədə məlumat verilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
38
xezerxeber.az

1Источники