RU

Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurdu – ARENA.AZ

“Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels futbol üzrə Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız “Sabah”da forma geyinmiş Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olublar.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib.

Coy Lens Mikels cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
59
9
arena.az

10Источники