RU

Y.Akkenjenov: "Tengiz" yatağında neft hasilatı bərpa olunub

Qazaxıstanın ən böyük yatağı olan "Tengiz", yanğın səbəbindən yanvar ayındakı fasilədən sonra neft hasilatını bərpa edib.

"Far.Az" Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov parlamentdəki iclasın kuluarlarında jurnalistlərə bildirib.

""Tengiz" hasilatı bərpa etdi. Hazırda yataqda hasilat sutkada 120 min ton həcmində həyata keçirilir", - nazir qeyd edib.

Y.Akkenjenovun məlumatına görə, xüsusi komissiya yataqda baş verən yanğının səbəblərinin araşdırılmasını başa çatdırır. Rəsmi nəticələr yaxın vaxtlarda elan ediləcək.

Xatırladaq ki, 2026-cı ilin yanvarında Qazaxıstandakı "Tengiz" yatağında qaz-turbin elektrik stansiyasının elektrik generatorlarında iki yanğın hadisəsi baş verib. Hər iki insident operativ şəkildə aradan qaldırılıb, xəsarət alan yoxdur.

Избранный
13
far.az

1Источники