RU

İsmail Serageldin: Dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır

Bakı, 11 mart, AZƏRTAC

Dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır. Qaydalara əsaslanan çoxtərəfli beynəlxalq nizam ciddi zərbə alıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O, həmçinin bildirib ki, XXI əsrin siyasi, hərbi, ekoloji, humanitar və inkişafla bağlı problemlərinin öhdəsindən gəlmək üçün çoxtərəfliliyə yeni yanaşma qurmalı və onu yenidən formalaşdırmalıyıq. Bütün bunlar insan hüquqları, bərabərlik, yoxsulluq və aclığın aradan qaldırılması, ətraf mühitin qorunması, bir-birimizin qarşısında məsuliyyət, ümumi həmrəylik, biomüxtəlifliyin qorunması, su və ərzaq təhlükəsizliyi kimi ən dəyərli ali prinsiplərə sadiqlik tələb edir.

“Lakin bunlardan da önəmlisi, biz həm bu günün böhranlarına cavab verə biləcək institutları yenidən təsəvvür etməli, həm də gələcəyin strategiyaları üçün möhkəm təməllər yaratmalıyıq. Məhz buna görə bu Qlobal Bakı Forumu elə bir vaxta təsadüf edir ki, iştirakçılarımızın təcrübə və müdrikliyinə hər zamankından daha çox ehtiyac var. Eyni zamanda, onların təxəyyülünə və yeni yollar araşdırmaq iradəsinə də əvvəlkindən daha çox ehtiyac duyulur”, - deyə Mərkəzin həmsədri vurğulayıb.

Избранный
37
1
azertag.az

4Источники