RU

Elektrik sayğaclarında peyda olan “sürpriz” sərfiyyatlar – REPORTAJ

Son zamanlar kommunal şikayət və narazılıqların qloballaşan və kütləviləşən bir parçasına çevrilən, çevrilə-çevrilə də artıq adiləşən və ənənəvi hal alan bir sahəsi də elektrik sayğaclarında peyda olan sürpriz sərfiyyat rəqəmləridir. Bu vəziyyət artıq o qədər kütləvi və intensiv hal alıb ki, səbəbkar və cavabdeh olan məsuliyyət sahiblərində də bir məsuliyyət öhdəliyi və bir nigarançılıq yaratmır. Sosial şəbəkələrdə və platformalarda bu sahədə olan şikayət postlarının sayının günü-gündən artması da o abonentlərdən savayı heç kimi qayğılandırmır. Məsələ o qədər əlçatan və kütləvi əhəmiyyət daşıyır ki, əlavə əmək sərf edib faktları sıralamağa və konkret dəlillərlə sayğac-sayğac, abonent-abonent təhlil etməyə belə lüzum yoxdur. Hər halda mənzərənin təfərrüatlı izahını bu kiçik sujetin paylaşıldığı platformalara gələn şərhlərdən də anlamaq mümkün olacaq.

Hər bir Azərbaycan vətəndaşı dövlət üçün bir mənəvi məsuliyyət olduğu kimi, onu elektrik enerjisi ilə təmin edən Azərişıq ASC üçün də eyni qaydada bir məsuliyyət daşıyır. Dövlət vətəndaşın ali vətəndaşlıq və konstitusion hüquqlarını qoruduğu kimi, xidmət təşkilatları da onun kommunal təminatının keşikçisi olmalıdır.

Bir göz dövlətin istehsal etdiyi enerjinin sərfiyyatının dövlət büdcəsinə ödənilməsində olarkən, bir göz də o enerjinin satılmasında və sərfiyyatının hesablanılmasındakı şəffaflığın təminatında olmalıdır. Sayğac-sayğac obyektiv, abonent-abonent dürüst.

Amma son zamanlarda elektrik sayğaclarında peyda olan sürpriz əlavə məbləğlər, sərfiyyatdan əlavə tətbiq edilən göstəricilər bu sahədəki şəffaflığı qaranlığa qərq edir.

Избранный
78
7times.az

1Источники