RU

"Sabah"ın Yusiflə bağlı apellyasiya şikayəti təmin edilmədi

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarlarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, "Sabah"ın sabiq qapıçısı Yusif İmanovla bağlı Oyunçuların Statusu və Transferi Komitəsinin qərarına edilən apellyasiya şikayəti təmin edilməyib.

Qərarda bildirilib ki, “Sabah” tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarı öz qüvvəsində saxlanılsın.

Xatırladaq ki, ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın hazırda "Kəpəz"də çıxış edən Yusifə 10000 manat ödəməsi ilə bağlı qərar çıxarıb.

Избранный
93
4
football-plus.az

5Источники