RU

ABŞ İranın sanksiyalardan yayınmaq üçün kriptovalyuta birjasından istifadəsini araşdırır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Ədliyyə Nazirliyi İranın böyük kriptovalyuta birjası "Binance"dən sanksiyalardan yayınmaq məqsədilə istifadə etməsini araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Hazırda məlum deyil ki, araşdırma birbaşa platformaya yönəlib, yoxsa yalnız "Binance" istifadəçilərinə aid edilir. ABŞ Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İran rəsmiləri mövzu ilə bağlı şərh verməyib.

Bu, kriptovalyuta birjası əleyhinə terrorizmin maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularına görə aparılan ilk araşdırma deyil. 2025-ci ilin noyabrında, Çin müştərilərindən toplanan 1,7 milyard dollardan çox vəsait İrana aid rəqəmsal cibələr vasitəsilə ötürülüb və bu vəsaitlər İranın Yəməndəki Husiləri də daxil olmaqla müttəfiqlərinin maliyyələşdirilməsində istifadə olunub.

2023-cü ildə "Binance"in təsisçisi Çanpenq Çjao ABŞ-da pul yuyulması və sanksiyaların pozulması qanunlarını pozduğunu etiraf etmişdi. Keçən il isə ABŞ prezidenti Donald Tramp onu əfv edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
bizimyol.info

1Источники