RU

Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib - FOTO

Martın 11-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər diqqətlə araşdırılıb.

Paytaxt.org bildirir ki, vətəndaş qəbulunda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovla birgə, başçının müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

Sakinlər əsasən sosial məsələlər, kommunal xidmətlər, torpaq, məşğulluq və digər mövzularla bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan problemlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.

Görüşdə iştirak edən sakinlər onların müraciətlərinin dinlənilməsinə və həlli istiqamətində göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Избранный
24
paytaxt.org

1Источники