RU

Samuxda “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

11 mart  2026-cı il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.Müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin inkişafı məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. G.Bayramov bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkədə sabitlik və davamlı inkişaf təmin olunub.

Sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra məruzə ətrafında çıxış edən partiya  fəalları Təhminə Nəsibova, Elvar Səfərov, Səmra Məsimzadə, Maral Orucova və  Elnaz Cəfərova qeyd ediblər ki, Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Çıxışlarda milli dövlətçilik ideyalarının möhkəmləndirilməsinin, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və azərbaycançılıq ideologiyasının təbliğinin bu gün də qarşıda duran əsas vəzifələrdən  olması  da  xüsusi  vurğulanıb. Sonda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik və azərbaycançılıq ideyaları müasir dövrdə də öz aktuallığını qoruyur və bu ideyalar ölkəmizin gələcək inkişafında mühüm rol oynamaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
2
yeniazerbaycan.com

3Источники