RU

Tələbələr “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak ediblər - FOTO


Görüş zamanı ETSN-in mütəxəssisi Murad Şahverdiyev tərəfindən gənclərə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sağlam ətraf mühitin yaradılması, təbiətin qorunması və ekosistemin bərpası istiqamətində görülən işlər barədə danışılıb. Eyni zamanda yeni salınmış yaşıllıq sahələri və meşəbərpa tədbirləri, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və genişləndirilməsi, həmin ərazilərdə fauna növlərinin reintroduksiyası, su bioresurslarının artırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bundan əlavə, Arzaboyu Dövlət Təbiət Yasaqlığı və Bəsitçay Dövlət Təbiət Qoruğu, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi layihəsi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi gənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji düşüncəyə malik gənc nəslin formalaşmasına töhfə vermək məqsədilə həyata keçirilir və layihənin davamlı şəkildə təşkili nəzərdə tutulur.

Избранный
40
ekologiya.az

1Источники