RU

Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? - AÇIQLAMA

Bakı.Trend:

“BakuBus” MMC-yə məxsus avtobuslarda bəzən sürücülərinsərnişinlərdən gedişhaqqının ödənilməsini israrla tələb etməsidiqqət çəkir. Bu isə sərnişinlər arasında belə bir sual yaradır:görəsən, ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşındantutulurmu?

Məsələ ilə bağlı “BakuBus” MMC-dən Trend-ə bildirilib ki,sərnişinlərin gedişhaqqını ödəmədən avtobusa daxil olması və ya hərhansı səbəbdən ödənişdən yayınması halları ilə bağlı sürücülərinmaddi məsuliyyətə cəlb edilməsi və ya həmin məbləğin onlarınəməkhaqqından tutulması kimi bir tətbiq mövcud deyil.

“Şirkətin daxili siyasətində sərnişin tərəfindən törədilən qaydapozuntusuna görə sürücünün cərimələnməsi nəzərdə tutulmayıb.Avtobuslarda quraşdırılmış videomüşahidə sistemləri və sürücükabinəsində yerləşən monitorlar sərnişin axınının izlənilməsi vətəhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Sürücü vəzifətəlimatına uyğun olaraq, gedişhaqqını ödəməyən sərnişinlərdən önqapıdan daxil olaraq ödənişi həyata keçirmələrini xahiş edir. Buyanaşma fərdi təşəbbüs deyil, sərnişindaşıma qaydalarının vəmaliyyə intizamının təmin olunmasına xidmət edən standartprosedurdur. Eyni zamanda qeyd edək ki, ödənişdən imtina halları vəbununla bağlı yaranan mübahisəli vəziyyətlər marşrut xətti üzrəhərəkətdə gecikmələrə səbəb olur və digər sərnişinlərin vaxtındamənzil başına çatmasına mənfi təsir göstərir”, - deyə şirkətdənbildirilib.

MMC-dən qeyd edilib ki, bütün proseslər mərkəzləşdirilmişkamera-müşahidə mərkəzi tərəfindən mütəmadi olaraq arxivləşdirilirvə təhlil edilir.

“Avtobuslara ödəniş etmədən daxil olan sərnişinlərlər bağlıvideomüşahidə sistemləri vasitəsilə araşdırılır və nəticəsindənasılı olaraq müvafiq şöbə tərəfindən qanunvericiliyin tələblərinəuyğun tədbirlər görülür”,- deyə “BakuBus” MMC-dən əlavə edilib.

Избранный
74
6
az.trend.az

7Источники