RU

Gəncədə küləyin törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıbVİDEO

Gəncədə fevralın 27-də əsən güclü küləyin törətdiyi bəzi fəsadlar hələ də aradan qaldırılmayıb.

"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, şəhərdə fəaliyyət göstərən 46 saylı körpələr evi-uşaq bağçasının külək nəticəsində dağılan damı indiyədək təmir edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər üçün yeganə təsəlliverici məqam bağçanın fəaliyyətini dayandırmamasıdır.

Ancaq onların bəziləri uşaqlarını buraya məcburiyyət qarşısında qoyduqlarını deyirlər.

Məsələ ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, güclü külək nəticəsində 46 saylı körpələr evi-uşaq bağçasının dam örtüyünə dəymiş zərərin miqyası dəyərləndirilib. Yaxın günlərdə təhsil müəssisəsində təmir-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
10
xezerxeber.az

1Источники