RU

Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb

ain.az bildirir, Azertag portalına istinadən.

Şəki, 11 mart, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin pyesi əsasında hazırlanmış “Dar ağacı” tamaşası “İlin ən yaxşı tamaşası” nominasiyası üzrə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.

Bildirilib ki, mükafat Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 10 Mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli mərasimdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən tamaşanın quruluşçu rejissoru, Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə təqdim olunub. Tədbirdə, həmçinin baş rolun (Akşin) ifaçısı, aktyor Xəyal Salahov və tamaşanın quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov da iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
azertag.az

1Источники